İsrail özünə yeni prezident seçdi

© AFP 2023 / JACK GUEZПрезидент Израиля Ицхак «Бужи» Герцог
Президент Израиля Ицхак «Бужи» Герцог  - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Mən İsaq Hersoqu prezident seçilməsi münasibətilə təbrik edir və İsrail xalqının adından ona böyük uğurlar arzulayıram.

BAKI, 2 iyun — Sputnik. İsrailin altıncı prezidenti, "Yəhudi agentliyi"nin sədri İsaq Hersoq İsrailinin on birinci prezidenti seçilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri məlumat yayıb.

Bildirilir ki, İsaq Hersoqun namizədliyinin lehinə 87 deputat, onun rəqibi, Məryəm Perezin lehinə isə 26 parlamentari səs verib.

"Mən İsaq Hersoqu prezident seçilməsi münasibətilə təbrik edir və İsrail xalqının adından ona böyük uğurlar arzulayıram", - deyə İsrailin Baş naziri Binyamin Netanyahu öz "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, İsrailin hazırki prezidenti 24 iyul 2014-cü ildə vəzifəyə gələn Reuven Rivlindir.

İsraildə prezidentlər Knesset (parlament) tərəfindən gizli səsvermə yolu və mütləq səs çoxluğu ilə yeddi illik müddətə seçilir.

Səsvermənin ilk turunda heç bir namizəd mütləq səs toplamasa, ilk turda yalnız ən çox səs alan iki namizədin iştirak etdiyi ikinci tur keçirilir. İkinci turda ən çox səs toplayan şəxs qalib olur.

1949-2000-ci illərdə İsraildə prezident 5 illik müddətə seçilirdi və bir nəfərin iki müddətə həmin vəzifəyə seçilməsinə icazə verilirdi. 2000-ci ildən bəri isə prezidentlər yeddi illik və bir müddətə seçilir. 

Xəbər lenti
0