18:44 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
DÜNYA
Qısa URL
34

ABŞ-ın yerdən idarə olunan lazer qurğularına və mikrodalğalı toplara ümid etməsi məntiqli görünür. Lakin bu müdafiə kompleksləri hələ ki hazırlanma mərhələsindədir və ilk nümunələrin nə vaxt işıq üzü görəcəyi məlum deyil

BAKI, 1 iyun — Sputnik, Andrey Kots. Dünyanın hər yerinə səpələnmiş ABŞ hərbçiləri artıq özlərini təhlükəsizlikdə hesab etmirlər. Strateji və Büdcə Qiymətləndirmələri Mərkəzinin analitikləri (Center for Strategic and Budgetary Assessments, CSBA) bildirirlər ki, ölkənin xaricdəki hərbi bazaları hücum qarşısında olduqca acizdir. Belə ki, Rusiya və Çin onların müdafiəsini yarmağa qadirdir. Ona görə də prinsipial olaraq yeni silah sistemləri lazımdır. CSBA-nın gəldiyi nəticələr və tövsiyələri haqqında RİA Novosti-nin materialında.

Kəskin zəiflik

ABŞ-ın hazırda 800-dən çox hərbi bazası var. Onların da əksəriyyəti 1945-ci ildən bəri təhlükəsiz və müdafiə olunmuş hesab edilirdi. Ehtimal olunan əsas təhlükə kimi Pentaqon Şimali Koreya və İran kimi "qovulmuş" dövlətlərin ballistik və qanadlı raketlərinin vura biləcəyi məhdud zərbələri nəzərdən keçirirdi. Lakin CSBA ekspertləri Çin və Rusiyanın hücumlarının qarşısını almaq üçün hazırda olan zenit vasitələri kifayət etmir.

"Hazırda biz əsasən hələ soyuq müharibə dövründə yaradılmış hava və raket hücumundan müdafiə sistemlərinə əsaslanırıq. Halbuki, bizim ehtimal olunan düşmənlərimiz hücum imkanlarının modernləşdirilməsi istiqamətində ciddi inkişafa nail olublar", - deyə analitiklərin hesabatında bildirilir.

Ekspertlər onu da qeyd edirlər ki, hazırda Çinin 1200-ə yaxın mənzilli ballistik raketi və Cənubi Çin dənizindəki ikinci ada halqasına çata bilən 200-300 sursatı var. Bundan əlavə, Pekinin sərəncamında ən azı 1500 km məsafədə hədəfləri vurmağa qadir olan yerdən atılan min ədəd qanadlı raketi də var. Nəhayət, ABŞ bazaları üçün Çinin H-6 strateji bombardmançıları və ABŞ ərazisinə zərbə endirməyə qadir olacaq perspektiv H-20 "gözəgörünməz təyyarələri də ciddi təhlükə kəsb edir.

Moskva isə Pentaqonun Avropadakı obyektləri üçün təhlükədir. Belə ki, Rusiyanın nüvə silahı, yaxın mənzilli "İsgəndər-M" ballistik kompleksləri, Yer, hava və sudan atıla biləcək çoxsaylı qanadlı raketləri var. Bundan əlavə, Rusiyanın hipersəs hücum sistemləri də Vaşinqtonda hürkü yaradır.

Dronlara əsaslanaraq

Hazırda ABŞ bazalarının müdafiəsi "Patriot" zenit-raket komplekslərinə və bütün növ aerodinamik və ballistik hədəfləri vurmağa qadir olan THAAD raket hücumundan müdafiə sistemlərinə əsaslanıb. Yaxın məsafələr üçünsə Norveç istehsalı olan zenit-raket kompleksləri və "Phalanx" artilleriya kompleksləri var. Lakin bu sistemlərin effektivliyi şübhə doğurur.

Məsələn, Səudiyyə Ərəbistanına ixrac olunmuş "Patriot"lar dəfələrlə Yəmən husilərinin PUA-ları qarşısında aciz olub. Bundan əlavə, general Qasım Süleymaninin qətlindən sonra amerikalılar İranın İraqdakı hərbi bazasına endirdiyi zərbəsinin qarşısını ala bilməyiblər.

Nəticə belədir: hərbi bazaları ABŞ qədər güclü düşmənin hücumundan etibarlı şəkildə müdafiə etmək üçün çoxpilləli raket hücumundan müdafiə konsepsiyası yaradılmalı və perspektiv texnologiyalar tətbiq olunmalıdır.

Müdafiənin növbəti xətti qırıcı təyyarələr və uzaqvuran "hava-hava" raketləri ilə silahlanmış dronlardan ibarətdir. Onların məqsədi — ballistik hədəflərin və qanadlı raketlərin bazadan uzaqlarda, buraxıldığı yerə yaxın məsafələrdə məhv edilməsidir. Bunun üçün dronların bir hissəsi 100-150 kilovat gücündə perspektiv bərk yanacaqlı lazerlərlə silahlandırılacaq ki, onlar da birbaşa görüntü şəraitində uçuş aparatlarını vurmağa qadir olacaq.

İqtisadi səmərə

Gözlənilir ki, ABŞ hərbi bazalarını məhz yeni prinsiplər əsasında yaradılmış silahlar daha təhlükəsiz edəcəklər. Belə ki, 2022-ci ilə qədər Pentaqon yerdən idarə olunan 300 kilovatlıq lazerin ilk nümunələrini əldə etməlidir.

Yeni silah təkcə PUA-lar, qanadlı raketlər, təyyarələrə qarşı effektiv olmayacaq, həm də zenit-raket kompleksləri ilə müqayisədə iqtisadi cəhətdən daha sərfəli olacaq. Belə ki, "Patriot" ZRK-nın qiyməti beş milyon dollara qədərdir. Lazerdən açılacaq atəş isə müqayisədə çox gülünc görünən məbləğə, təqribən 100 dollara başa gələcək.

2024-cü ildə isə ABŞ ordusunun sərəncamına elektromaqnit impulsu yaratmağa qadir olan THOR (Tactical High Power Operational Responder) mikrodalğalı topları veriləcək. Bu toplar dron və raketlərin mürəkkəb texnikasını sıradan çıxararaq onlarla effektiv mübarizə aparmağa imkan verəcək.

Nəhayət, müdafiənin son xətti — M109 artilleriya qurğuları və onlar üçün hazırlanan HVP (Hyper-Velocity Projectile) perspektiv hipersəs mərmiləridir. Bu universal sursat hava hədəflərinə qarşı da istifadə oluna bilər və raketlər qarşısında metal qəlpələrindən ibarət sıx bulud yaratmağa qadirdir.

CSBA analitikləri hesab edirlər ki, bazaların bu cür raket və hava hücumundan müdafiə sistemləri ilə təchiz olunması hərbçilərin 250 dəniz mili (460 km-ə qədər) məsafədə müdafiə çətiri altına salacaq.

ABŞ-ın yerdən idarə olunan lazer qurğularına və mikrodalğalı toplara ümid etməsi məntiqli görünür. Lakin bu müdafiə kompleksləri hələ ki, hazırlanma mərhələsindədir və ilk nümunələrin nə vaxt işıq üzü görəcəyi məlum deyil.

Eləcə də oxuyun:

Əsas mövzular