Müharibədən sonra Ermənistanda cinayətkarlıq artıb

© Sputnik / Andrey Stanavov / Mediabanka keçidKişi əlində tapança ilə, arxiv şəkli
Kişi əlində tapança ilə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
"Don Pipo" ləqəbli kriminal avtoritet Artur Asatryanın qardaşının öldürülməsi hadisəsini şərh edən Fidanyan bu olayın kriminal vəziyyətə təsir göstərəcəyini bildirib.

BAKI, 1 iyun — Sputnik. Bu il Ermənistanda baş verən cinayət hadisələrinin sayında artım müşahidə olunur. Sputnik Ermənistan-ın xəbərinə görə, bu barədə jurnalistlərə polis rəisinin müavini Ara Fidanyan məlumat verib. Ötən gün "Don Pipo" ləqəbli kriminal avtoritet Artur Asatryanın qardaşının öldürülməsi hadisəsini şərh edən Fidanyan bu olayın kriminal vəziyyətə təsir göstərəcəyini bildirib.

Fidanyanın sözlərinə görə, müharibədən sonra Ermənistanda cinayətkarlıq hadisələrinin sayı artıb ki, buna səbəb də ölkədə qeyri-qanuni silah və hərbi sursat dövriyyəsinin olmasıdır. İndiyə kimi polislər xeyli sayda belə silah-sursat müsadirə ediblər.

Qeyd edək ki, kriminal avtoritet "Don Pipo"nun qardaşı dünən axşam saatlarında Eçmiədzinin Zvartnots məhəlləsində qətlə yetirilib. Mayın 5-də isə onun keşikçilərindən biri öldürülmüşdü.

Hazırda "Don Pipo" özü istintaq altındadır, o, üç nəfərin əvvəlcədən planlaşdırılmaqla və zor tətbiq edilməsi yolu ilə qaçırılmasında şübhəli bilinir.

Eləcə də oxuyun:

  • Ermənistanda əllidən artıq kriminal avtoritet saxlanıldı
  • Avropol mafiozların pulunu sayır: birdəfəyə 31 nəfəri tutdular

Xəbər lenti
0