16:47 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
DÜNYA
Qısa URL
133 0 0

"Üç Rusiyalı və iki polis əməkdaşı Mərkəzi Afrika Respublikasında öldürülüb, həmçinin yaralılar var", - Kazaqi deyib.

BAKI, 30 may - Sputnik. Mərkəzi Afrika Respublikasında partlayış törədilib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə Frans-Press Agentliyinə hökumət nümayəndəsi Anj Maksim Kazaqi bildirib.

O, qeyd edib ki, əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində üç rusiyalı və iki yerli polis əməkdaşı həlak olub.

"Üç Rusiyalı və iki polis əməkdaşı Mərkəzi Afrika Respublikasında öldürülüb, həmçinin yaralılar var", - Kazaqi deyib.

Onun sözlərinə görə, ölənlərdən əlavə 4 nəfər də yaralanıb.

Hadisə ölkənin paytaxtı Banqui şəhərindən 400 km şimal-qərbdə, Berberati və Bouar şəhərləri arasındakı yolda maşın karvanı hərəkətdə olarkən baş verib.

 

Əsas mövzular