13:37 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
168

İran hökumətinin uzun müddət davam edən çətin çalışmalarından sonra gəminin sərbəst buraxılmasına nail olunub.

 

BAKI, 30 may — Sputnik. İranın İndoneziya tərəfindən həbs edilmiş neft tankeri dörd ay sonra azad edilib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, məhkəmə işlərinin başa çatmasından sonra gəmi sərbəst buraxılıb.

İran Milli Tanker Şirkəti yaydığı açıqlamada bildirib ki, İran hökumətinin uzun müddət davam edən çətin çalışmalarından sonra gəminin sərbəst buraxılmasına nail olunub. Neft tankeri fəaliyyətini bərpa edib və o işini bitirdikdən sonra yenidən İran sularına qayıdacaq.

Bu ilin yanvarında İndoneziya sahil mühafizə xidməti sularında illeqal tranfer işləri görən Panama və İran gəmilərinə əl qoymuşdu. İran hökuməti hadisə baş verən zaman bunu xırda gəmi hadisəsi kimi qiymətləndirmişdi. Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin aprel ayında İndoneziyaya səfərindən sonra da məsələ həllini tapmamışdı.

Qeyd edək ki, ABŞ-ın sərt sanksiyaları altında qalan İran neft bazarı fəaliyyətini davam etdirmək üçün bu üsullara əl atır. Neft tankerləri izləmə sistemlərini söndürərək gizli şəkildə fəaliyyətlərini davam etdirirlər.

 

Əsas mövzular