20:35 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
DÜNYA
Qısa URL
508

Səudiyyə Ərəbistanı müğənninin həbsi və azad olunma səbəbləri ilə bağlı rəsmi mövqeyini ifadə etməyib.

BAKI, 29 may — Sputnik. Məşhur livanlı müğənni və bəstəkar Samir Sfeir Səudiyyə Ərəbistanındakı 50 günlük həbs həyatından sonra bir daha geri qayıtmamaq qadağası ilə ölkəsi Livana deport edilib. Sputnik Azərbaycan xəbər verir ki, Sfeirin həbsinə səbəb internetdə Livan prezidenti və Hizbullahı dəstəkləyən fikirlər ifadə etməsi olub.

Sfeir mayın 27-də Beyruta qayıdıb. O bildirib ki, həbs olunması siyasi xarakter daşıyır: “Onlar mənə bildirdi ki, fikirlərim siyasidir və onların sistemində belə bir şey olmadığı üçün bəyənilmir. Tək adamlıq yerdə saxlanılsam da özümə qarşı hörmətlə davranış gördüm”.

Səudiyyə Ərəbistanı müğənninin həbsi və azad olunma səbəbləri ilə bağlı rəsmi mövqeyini ifadə etməyib.

Əsas mövzular