01:51 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
13

Mayın 23-ü Hollivudda rəsmi olaraq "Born This Way" günü elan olunub və hər il bayram kimi qeyd olunacaq.

BAKI, 26 may — Sputnik. Şərqi Hollivud meri Lindsi P.Horvard şəhərin simvolik açarını məşhur amerikalı müğənni Ledi Qaqaya təqdim edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, şəhər rəhbərliyi bunu ifaçının "Born This Way" albomunun 10 illiyi münasibətilə edib.

O da bildirilir ki, 23 may rəsmi olaraq "Born This Way" günü elan olunub və hər il bayram kimi qeyd olunacaq.

1986-cı ildə Nyu-Yorkda anadan olan Ledi Qaqa karyerasına 2005-ci ildən başlayıb. "Oskar" (2019), "Qızıl qlobus" (2016, 2019), "Qremmi" (11 mükafat) sahibi olan müğənnini Time jurnalı dünyanın ən nüfuzlu insanları sırasına daxil edib.

Eləcə də oxuyun:

* Ledi Qaqanın buldoqlarını oğurlayanlar həbs olundu

* Ekstravaqant ifaçı şampan şərabının siması oldu – VİDEO

* "Grammy" mükafatının təqdimetmə mərasimində ən uğurlu obrazlar – SİYAHI

 

Əsas mövzular