Latviya aviaşirkəti Belarus üzərindən uçuşlardan imtina etdi

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidПассажирский самолет, фото из архива
Пассажирский самолет, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
Qeyd edək ki, bazar günü "Ryanair" aviaşirkətinin təyyarəsi Belarus paytaxtındakı "Minsk" hava limanına eniş edib. Saytın məlumatına əsasən, Boeing 737-800 təyyarəsi Afinadan saat 10:29-da qalxsa da, Vilnüsə gedib çata bilməyib.

BAKI, 24 may — Sputnik. Latviyanın milli hava yolları şirkəti AirBaltic "Ryanair" şirkətinə məxsus təyyarə ilə bağlı insidentdən sonra Belarus üzərindən uçmaqdan imtina edib. RİA Novosti xəbər verir ki, bu barədə jurnalistlərə Latviyanın informasiya naziri Talis Linkayts məlumat verib.

"AirBaltic" aviaşirkəti hələlik Belarusun hava məkanından istifadə etməmək barədə qərar qəbul edib", – deyə nazir bildirib.

Onun sözlərinə görə, bu qərar təyyarələrin təhlükəsizliyi məsələsi ilə bağlıdır.

Qeyd edək ki, bazar günü "Ryanair" aviaşirkətinin təyyarəsi Belarus paytaxtındakı "Minsk" hava limanına eniş edib. Saytın məlumatına əsasən, Boeing 737-800 təyyarəsi Afinadan saat 10.29-da qalxıb, lakin Vilnüsə gedib çata bilməyib.

Minsk hava limanının mətbuat xidmətindən Sputnik-ə bildirildiyinə görə, təyyarə hava limanına eniş üçün müraciət edib.

"Təyyarə mina qoyulması xəbərinə görə bizim ərazimizdə uğurla eniş edib. Daha sonra istehkamçılar təyyarəyə baxış keçiriblər", – deyə hava limanının mətbuat xidmətindən bildirilib.

Qurumdan əlavə ediblər ki, təyyarədə mina olması xəbəri təsdiqlənməyib.

FHN-dən isə bildirilib ki, 13.09-da təyyarəyə qəza-xilasetmə texnikası göndərilsə də, onların köməyinə ehtiyac olmayıb.

Həmçinin oxuyun:

* Minsk hava limanına təcili eniş və sonra baş verənlər: Nələr olur?

Ryanair şirkətinin "başıbəlalı" təyyarəsi Vilnüsə çatıb

Xəbər lenti
0