18:59 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
9

"Düşünürəm ki, bu, yaxşı fikirdir, ABŞ və Rusiya arasında daha çox ünsiyyət qurulacaq, iki ölkə arasında kommunikasiya artacaq".

BAKI, 23 may — Sputnik. Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask bəyan edib ki, Rusiya Federasiyası ilə ABŞ arasında dialoq gücləndirilməlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, Mask bu fikri videobağlantı yolu ilə qatıldığı Rusiyada keçirilən "Yeni Bilik" marafonunda səsləndirib.

"Cənab Peskov (RF prezidentinin mətbuat katibi Dmitri Peskov-red.) mənə bunu təklif edib. Düşünürəm ki, bu, yaxşı fikirdir, ABŞ və Rusiya arasında daha çox ünsiyyət qurulacaq, iki ölkənin kommunikasiyası artacaq", – deyə Mask tədbirdə hansı səbəbdən iştirak etməyə razılıq verdiyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, "Yeni Bilik" marafonuna cümə axşamı Moskvada start verilib. Tədbir paralel olaraq Sankt-Peterburq, Soçi, Kazan, Nijni Novqorod, Vladivostok, Kalininqrad və Novosibirskdə də keçirilir. Forumun proqramına elm və texnologiyalar, tarix, mədəniyyət, idman, İT, sənaye ilə bağlı məsələlər daxildir.

Təşkilatçıların sözlərinə görə, marafonda 150-yə yaxın natiq çıxış edəcək.

Əsas mövzular