Bu nə cür nazirdir ki, danışıqlardan xəbəri yoxdur - Yerevanda etirazlar başladı

© REUTERS / ARTEM MIKRYUKOVПротесты в Ереване, фото из архива
Протесты в Ереване, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Yerevanda mitinqə çıxanlar ölkənin xarici işlər nazirindən istefa verməməyini tələb edəcəklər. İmzalanması planlaşdırılan sənədin mahiyyəti erməniləri çox qıcıqlandırıb və cavab istəyirlər.

BAKI, 20 may - Sputnik. Ermənistan paytaxtında etirazlar başlayıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən bildirir.

Qeyd olunur ki, etirazçılar Xarici İşlər Nazirliyinin binasına tərəf gedirlər. Onlar Azərbaycanla imzalanması planlaşdırılan sənədlə bağlı izahat tələb etmək niyyətindədirlər.

Paşinyan cümə axşamı bəyan etmişdi ki, Azərbaycan və Rusiya ilə üçtərəfli danışıqların nəticəsi olaraq yeni sənəd imzalamağa hazırlaşır. Onun sözlərinə görə, beynəlxalq partnyorlarla əldə olunan danışıqlara görə verilən qərarlar 100% Ermənistanın xeyrinədir. Bir qədər sonra o, günlərdir sosial şəbəkədə dolaşan sənədin həqiqi olduğunu təsdiqlədi. Əlavə də etdi ki, onun surətini müxalifət Azərbaycan tərəfindən alıb.

"Mətbuat yazır ki, XİN rəhbəri Ara Ayvazyan istefa verməyə hazırlaşır. Ancaq hər şey belə asan deyil. Biz indi XİN-ə gedib ondan istefa verməməyini tələb edəcəyik. Ondansa çıxıb izahat versin ki, bu nə danışıqlardır və o nə cür nazirdir ki, danışıqlardan xəbəri yoxdur?" - Respublika partiyasının gənclər qanadının rəhbəri Ayk Mamicanyan bildirib.

Bir neçə gündür sosial şəbəkələrdə Ermənistanın sanbiq prezidenti Serj Sarqsyanın kürəkəni və ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyanın üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan sənədinin üzü əks olunduğu paylaşımı dolaşır.

Həmin sənədə görə, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə xüsusi komissiya yaradılır və mayın 31-dək xüsusi səlahiyyətli şəxslərin başçılıq edəcəyi milli nümayəndə heyətlərinin qurulması planlaşdırılır. İddia olunur ki, komissiya iyunun 30-dək ilk iclasını keçirməlidir. Bunun nəticələrinə görə işlərin aparılması və istiqaməti müəyyən olunmalı, eləcə də səlahiyyətli dövlət orqanlarından olan vəzifəli şəxslərdən ibarət ekspert qrupunun tərkibi təsdiq edilməlidir. Ekspert qrupları iclasdan sonrakı bir ay ərzində öz səlahiyyətləri çərçivəsində tədbirlərin siyahısını təqdim etməlidir.

Eləcə də oxuyun:
* Bu, Azərbaycanla imzalanacaq sənəddir - Paşinyan

* Paşinyan: "Onlar həsrətində olduqları müharibə başlamır deyə od tutub yanırlar"

* Nə sənəd? Ermənistan prezidenti Azərbaycanla imzalanacaq sənəddən xəbərsizdir

Qaragöl ermənilərin əlinə necə keçdi? Kənd sakini uşaqlıq xatirələrini danışır

Xəbər lenti
0