İranda qan donduran hadisə: Ata-anası rejissoru öldürüb parçalara böldü

© AFP 2023 / HASAN SARBAKHSHIANIranda təcili tibbi yardım
Iranda təcili tibbi yardım - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Oğullarının evdə dərs dediyi tələbələrlə uyğun olmayan münasibət qurduğunu iddia edən Abdullah Horramdin oğlunun gənc yaşlarından onları daima narahat etdiyini vurğulayıb.

BAKI, 20 may — Sputnik. İran bu gün 47 yaşlı rejissor Babək Horramdinin ölümü ilə sarsıldı. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Horramdin paytaxt Tehrandakı eyni evdə yaşadığı anası və atası tərəfindən öldürülüb. Onun cansız bədəni üç hissəyə bölünərək Ekbatan bölgəsindəki zibil qabına atılıb. Hadisədən sonra saxlanılan ata Abdullah Horramdin cinayəti həyat yoldaşı ilə birlikdə etdiklərini etiraf edib.

"Yeməyinə yuxu dərmanı əlavə edərək təsirsiz hala gətirdik. Sonra tualetə apardıq. Sonra cəsədi çamadanın içinə qoyub ən yaxın zibilliyə atdıq", - deyə rejissorun atası ifadəsində bildirib.

Oğullarının evdə dərs dediyi tələbələrlə uyğun olmayan münasibət qurduğunu iddia edən Abdullah Horramdin oğlunun gənc yaşlarından onları daima narahat etdiyini vurğulayıb: "Universitetdə müəllim idi. Pandemiya səbəbindən dərsləri evdən keçirdi. Amma bizə evdə gün üzü göstərmədi. Onu ayrı evə çıxmağa razı salmağa çalışsaq da, qəbul etmədi".

Həmin şəxs əlavə edib ki, qızını və kürəkənini də eyni qaydada öldürüblər: "2011-ci ildə kürəkənimi, 2017-ci ildə isə əxlaq problemlərinə görə qızımı öldürdüm".

Eləcə də oxuyun:
* "Əri necə öldürməli?" kitabını yazdı və həyat yoldaşını öldürdü

Xuliqan qadının gözü qarşısında övladını öldürdü - Azərbaycanda

* Öldürdüyü qadının ruhuna dualar oxuyub, qatili söyüb, qarğış edən adam - FOTO

Xəbər lenti
0