BAKI, 18 may — Sputnik. Türkiyəli məşhur aktyor Cem Yılmaz 2006-cı ildə yayımlanan "Hokkabaz" filminin davamının çəkiləcəyini açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Twitter" hesabından bu baradə paylaşım edən aktyor izləyicilərinə müjdə verib: "15 il əvvəl hazırladığımız bu film üçün çox gözəl mesajlar aldım. Hamıya təşəkkür edirəm. Bu, mənim hekayəmdir. 2022-ci ildə daha bir İsgəndər hekayəsi yaradacağam".
Bundan tam 15 yıl önce yaptığımız bu güzel film bugün Tv deymiş. Çok güzel mesajlar aldım Herkese tesekkür ederim, benim kendi hikayemdir :) 2022 de bi İskender hikayesi daha yapacağım. pic.twitter.com/5h3guMo3tK
— Cem Yılmaz (@CMYLMZ) May 15, 2021
Yılmazın "İsgəndər" obrazını canlandırdığı "Hokkabaz" filmində Mazhar Alanson, Özlem Tekin, Tuna Orhan, Tuncer Salman kimi məşhurlar yer alıblar.
Həmçinin oxuyun:
Cem Yılmazın çəkdiyi serial "Netflix"də yayımlanacaq
Koronavirus Cem Yılmazın filmlərinin məşhur xarakterinin həyatına son qoyub