Ermənistanda koronavirusa yoluxanların sayı 220 mini keçdi

© AP Photo / Matias DelacroixТело человека, умершего от COVID-19
Тело человека, умершего от COVID-19 - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Ermənistanda son gündə daha 9 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4323-ə çatıb. Xəstəlikdən sağalanların sayı 208454-ə çatıb.

BAKI, 16 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 220860-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 131 nəfər artıb.

Ermənistanda son gündə daha 9 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4323-ə çatıb. Xəstəlikdən sağalanların sayı 208454-ə çatıb. Hazırda bu ölkədə 7023 xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019 ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 162,5 milyonu keçib, 3,36 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Eləcə də oxuyun: 

"Koronavirusun vətəni"ndə faciə: Qasırğa adamları havaya uçurdu

* Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir - Nəsib Quliyev

Peyvənd vurduranlar arxayınlaşmamalıdırlar

Xəbər lenti
0