İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb: Qırx qadın iddiaçıdır

© AFP 2023 / ATTA KENAREВыборы в Иране, фото из архива
Выборы в Иране, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
Beş gün ərzində 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib ki, onların da 40-ı qadındır.

BAKI, 15 may - Sputnik. İranda prezidentliyə namizədlərin qeydiyyatı bu gün yerli vaxtla saat 18:00-da başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, 5 gün ərzində 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib. Onların 40 nəfəri qadındır.

Prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı bir çox diqqət çəkən məqamlar olub. Bu günün son saatlarında ölkənin Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, sabiq spiker Əli Laricani, İran Ali Liderin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, İran prezidentinin birinci müavini İshaq Cahangiri və “Sepah”ın sabiq komandiri Möhsin Rzayi kimi tanınmış simalar namizəd kimi qeydiyyatdan keçib. İranın eks-prezidenti Mahmud Əhmədinejat da namizədlər sırasındadır. 

Ümumiyyətlə, bu dəfəki prezident seçkilərində 45 tanınmış sima öz namizədliyini irəli sürüb.

Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası bu gündən namizədliyi qeydiyyata alınanlarla bağlı araşdırmaya başlayıb. Şura may ayının 26-da səlahiyyəti təsdiq olunmuş şəxslərin adlarını elan edəcək. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Həmçinin oxuyun:

Ayətullah Əli Xamneyinin müşaviri İran prezidentliyinə namizədliyini irəli sürüb

İran prezidentliyinə namizəd: Tehran Qarabağ məsələsi ilə az məşğul olub

Mahmud Əhmədinejat yenidən İran prezidentliyinə namizədliyini irəli sürüb

Xəbər lenti
0