Misirin sülhyaratma cəhdləri boşa çıxdı - İsraildən rədd cavabı gəldi

© AFP 2023 / SAID KHATIBАвиаудар Израиля по сектору Газа
Авиаудар Израиля по сектору Газа  - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
Rəsmi Qahirə bir il müddətinə atəşkəs elan edilməsi və onun monitorinqinin Misir tərəfindən həyata keçirilməsini təklif edib.

BAKI, 15 may - Sputnik. Misir nümayəndə heyəti İsrail və Fələstin arasında atəşkəsə nail olunması məqsədilə Təl-Əvivə və Qəzaya səfərdən qayıdıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Qahirədəki diplomatik mənbə vasitəçilik missiyasının nəticə vermədiyini bildirib.

Diplomatik mənbənin bildirdiyinə görə, rəsmi Qahirə bir il müddətinə atəşkəs elan edilməsi və onun monitorinqinin Misir tərəfindən həyata keçirilməsini təklif edib.

Nümayəndə heyəti, həmçinin Qüdsün şərq ərazilərinin məskunlaşdırılmasını dayandırmağın, bununla da gərginliyin azaldılmasının zəruriliyini vurğulayıb. Qəzadakı Həmas liderlərinə də atəşkəslə bağlı müraciət olunub. Lakin İsrail tərəfi Misirin təkliflərini qəbul etməyib.

Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxması üçün 10 may yerli vaxtla 18:00-a qədər müddət verib.

İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmamasına görə fələstinli müqavimət qrupları İsrailə çoxlu sayda raket atıb.

İsrail ordusu öz növbəsində Qəzza zolağında hərbi əməliyyat başladıldığını elan edib.

 

Xəbər lenti
0