Ayətullah Əli Xamneyinin müşaviri İran prezidentliyinə namizədliyini irəli sürüb

© AFP 2023 / SEDA RAVANDI Əli Laricani, İran parlamentinin sədri
Əli Laricani, İran parlamentinin sədri  - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
Sabiq Prezident Mahmud Əhmədinejadın da namizədliyi qeydə alınıb. İyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək.

BAKI, 15 may - Sputnik. İran İslam Şurası Məclisinin (parlamentin) keçmiş sədri, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin müşaviri Əli Laricani prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.

Sputnik Azərbaycan seçki qərargahının rəsmi nümayəndəsi İsmayıl Müsəviyə istinadla xəbər verir ki, mayın 11-dən bu günə kimi 304 namizəd qeydiyyatdan keçib. İran qanunlarına əsasən bütün namizədlərin qeydə alınmasına baxmayaraq, onlar Konstitusiyanın Mühafizə Şurası tərəfindən də nəzərdən keçiriləcək və böyük ehtimalla bir çox namizədlər çıxdaş olaraq seçkiyə buraxılmayacaq.

Anadolu agentliyi xəbər verir ki, Əli Laricani ölkənin problemlərinin populist addımlarla həll edilə bilməyəcəyini söyləyib. O özü quracağı hökumətinin Prezident Həsən Ruhaninin davamı olmayacağını dilə gətirib:

"Beynəlxalq siyasi arena emossional sərt şüarlarla sakitləşmir. İstədiyiniz idarəetmə daha az şüar və daha güclü fəaliyyətlə əldə edilir".

Qeyd edək ki, iyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək. Mayın 11-dən bu günə kimi 304 namizəd qeydiyyatdan keçib. Keçmiş Prezident Mahmud Əhmədinejadın da namizədliyi qeydə alınıb.

Xəbər lenti
0