Paşinyanı eşşəyə mindirib İcevana göndərmək istəyənin kim olduğu bilindi

© AFP 2023Премьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Onun haqqında Ermənistan İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinin pozulmasına (hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinə tabe olmamaq) görə protokol tərtib edilib.

BAKI, 11 may — Sputnik. Yerevan polisi Ermənistan parlamentinin qarşına uzunqulaq gətirən şəxsin şəxsiyyətini müəyyənləşdirib. Sputnik Azərbaycan erməni mətbuatına istinadla məlumat verir ki, bu, Tavuş vilayətinin Açacur kənd sakini 36 yaşlı Sevada Qukasyan olub.

Qeyd edək ki, mayın 10-da Qukasyan həmkəndlilərinin "Zazo" deyə çağırdıqları uzunqulağı qovaraq Ermənistam parlamentinin qarşısına gətirib. O, bu qəribə hərəkətini baş nazirin səalhiyyətlərini icra edən Nikol Paşinyanı eşşəyə mindirib yenidən İcevana göndərmək istəyi ilə izah edib.

Yerevan polisindən məlumat verilib ki, Sevada Qukasyan saxlanılaraq polis idarəsinə aparılsa da, sonradan sərbəst buraxılıb. Onun haqqında Ermənistan İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinin pozulmasına (hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinə tabe olmamaq) görə protokol tərtib edilib.

Axtarış zamanı Qukasyanın şalvarının cibindən sarımtıl-yaşıl rəngli kütlə də tapılıb ki, hazırda bu kütlənin mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertiza aparılır.

 

Xəbər lenti
0