07:30 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
5

Sənədin bəndlərindən biri aralarında Meliyanın da olduğu 2019-cu ilin yayındakı aksiya iştirakçılarının amnistiyasını nəzərdə tutur. Ancaq siyasətçi amnistiyanı qəbul etmək istəməyərək Avropa İttifaqının zəmanət pulunu ödəmək təklifilə razılaşdı.

BAKI, 10 may - Sputnik. Tbilisi şəhər məhkəməsi keçmiş prezident Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasının sədri Nikanor Meliyanı sərbəst buraxıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb. Meliyaya görə Avropa İttifaqı zamin duraraq, 40 min lari (təxminən 11,5 min ABŞ dolları) zamin pulu ödəyib.  

"Nikanor Meliya dərhal həbsdən azad olunmalıdır", - telekanal hakimin sözlərini sitat gətirib. 

Müxalifətçi Meliya 2019-cu ilin yayında Tbilisidə Rusiya əleyhinə aksiyalar zamanı ölkə parlamentinə hücumun təşkilində ittiham olunurdu. Həmin vaxt rusiyalı deputat Sergey Qavrilov Gürcüstana gəlmişdi. Əvvəlcə məhkəmə onu elektron bilərzik taxması şərtilə zaminə buraxmışdı, ancaq sonra müxalifətçi nümayişkaranə şəkildə o qolbağı çıxarıb atdı, buna görə də ona yenidən zəmanət təyin etdilər. 

Meliya zəmanət pulunu ödəməkdən imtina etdiyinə görə parlament onu toxunulmazlıqdan məhrum etdi, bununla da müxalifətçinin həbsinə imkan yaratdı. Fevralın 17-də məhkəmənin həbs qərarından sonra Meliya öz partiyasının ofisinə qapandı, partiyadaşları isə onu mühafizə edərək polisə verməyəcəklərini bəyan etdilər. 

Fevralın 18-də Gürcüstanın Baş naziri Georgi Qaxariya Meliya məsələsinə görə öz komandasında olan nazirlərlə yekdil qərara gələ bilmədiyindən istefa verdi. O, müxalifətçinin həbsinin onsuz da siyasi vəziyyətin gərgin olduğu ölkəsində eskalasiya yaradacağından ehtiyat edirdi. Baş nazirin istefasından sonra Gürcüstan DİN Meliyanın həbsini dayandırdı. Qaxariyanın yerini İrakli Qaribaşvili tutdu, o, hakimiyyətə gələn kimi Meliyanın həbs olunması prosesi yeniləndi, xüsusi təyinatlılar partiya binasına daxil olaraq bibər qazı istifadə edib müxalifətçini apardılar. Bundan sonra Meliyanın tərəfdarları etiraz aksiyalarına başladılar. 

Bir qədər əvvəl Gürcüstan hökuməti ilə müxalifət siyasi böhrandan çıxmaq yönündə razılaşma imzalayıblar. Sənədin bəndlərindən biri aralarında Meliyanın da olduğu 2019-cu ilin yayındakı aksiya iştirakçılarının amnistiyasını nəzərdə tutur. Ancaq siyasətçi amnistiyanı qəbul etmək istəməyərək Avropa İttifaqının zəmanət pulunu ödəmək təklifilə razılaşdı.

Eləcə də oxuyun: 

* Gürcüstanda ara qarışdı – Müxalifət lideri kabinetində həbs edildi

Baş nazirin səs yazısı Gürcüstanı ayağa qaldırdı: Müxalifət istefa tələb edir

* Gürcüstan çalxalanır: "Gürcü arzusu" məlum səs yazısı məsələsinə aydınlıq gətirdi

Tbilisini yenidən mitinq dalğası bürüdü: Gecəni küçədə keçirəcəklər

 

Teqlər:
partiya, Mixeil Saakaşvili, azadlıq, lider, müxalifət, Gürcüstan

Əsas mövzular