23:03 21 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
DÜNYA
Qısa URL
29

Analitiklər hesab edirlər ki, Çin İran iqtisadiyyatında mühüm rol oynayacaq. Belə ki, "səmavi"nin Tehranın xarici ticarətində payı 25% təşkil edir

BAKI, 9 may — Sputnik. Bir tərəfdən ABŞ-ın 40 ildir ki, davam edən sanksiyaları, digər tərəfdən də Avropa ölkələrinin Birgə Ümumi Fəaliyyət Planı çərçivəsində qeyri-fəallığı rəsmi Tehranı daha çox qonşularla, həmçinin nüvə razılaşmasının Şərqdəki dayaqları qismində Çin və Rusiya ilə yaxınlaşmağa sövq edir, Qərb isə bu prosesdən narahatlıq keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İRNA agentliyinin saytında bildirlir.

"Qərbin İslam Respublikasına qarşı düşmənçilik siyasəti ona gətirib ki, Tehran Avropa və ABŞ-dan daha da uzaqlaşaraq tədricən Şərqlə münasibətlərini inkişaf etdirir. İran və Çin arasında imzalanmış 25 illik strateji sənədin təfərrüatları məlum olduqdan sonra Qərb ölkələri ilk növbədə Tehrana yaxınlaşmağa cəhd edirlər. Qərb yaxşı anlayır ki, bu cür sazişlər İrana qarşı sanksiyaları yumşaldır və Tehrana qarşı maksimum təzyiq siyasətinin neytrallaşmasına gətirəcək", - deyə məlumatda bildirilir.

Daha sonra yazıda bildirilir ki, ABŞ və Qərb ölkələrinin İrana qarşı təhdidlərinə rəğmən Birləşmiş Ştatların siyasətini dəstəkləməyən ölkələrdən biri də Çin olub. Analitiklər hesab edirlər ki, Çin İran iqtisadiyyatında mühüm rol oynayacaq. Belə ki, "səmavi"nin Tehranın xarici ticarətində payı 25% təşkil edir.

Çindən savayı İran Rusiya ilə də yaxşı münasibətlər saxlayır. Tehran və Moskva qaz hasilatçıları kimi müdafiə sahəsində münasibətlərin genişləndirilməsini dəstəkləyirlər.

"Çin və Rusiya 2231 qətnaməsinə müvafiq olaraq silah embarqosunun aradan qaldırılmasından sonra İranın hüquqlarını tanıyan ilk ölkələrdən olub. Onlar Bayden administrasiyasının dövründə də Birləşmiş Ştatları nüvə müqaviləsinə qaytararaq Trampın dövründə Tehrana maksimum təzyiq siyasəti çərçivəsində tətbiq edilmiş sanksiyaların ləğv edilməsinə çalışırlar", - deyə məlumatda bildirilir.

Məqalədə daha sonra deyilir ki, hazırda İran daha çox qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsinə istiqamətlənib.

"Bu məsələdən narahat olan Qərb isə Tehranla münasibətləri qaydaya salmağa çalışır. Belə ki, İranla Çin arasında müqavilə imzalandıqdan sonra Bayden belə deyib: "Mən artıq İranla Çin arasında uzun illər boyu davam edən və getdikcə genişlənən əməkdaşlıqdan narahatam".

Əsas mövzular