23:24 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
24

İsmayıl Dəmir: "Təyyarələrlə bağlı hüquqlarımızın tapdanmaması və problemin müttəfiqlik ruhuna zidd olmayan həlli yolunu tapmaq məqsədilə ABŞ-la F-35-lərlə əlaqədar dialoq prosesi başlayacaq".

BAKI, 7 may — Sputnik. ABŞ-ın son məktubu bizi haqlı çıxardı, Türkiyənin F-35 proqramından kənarlaşdırılmasının hüququ əsası yoxdur – bu fikri Türkiyənin müdafiə sənayesi naziri İsmail Dəmir səsləndirib.

Sputnik Azərbaycanın Türkiyənin NTV kanalına istinadla verdiyi xəbərə görə, Dəmir: "Bu məsələ ilə bağlı imzalanmış qarşılıqlı memoranduma əsasən, hər hansı bir tərəfdaşın proqramdan çıxarılması yalnız bütün tərəfdaşların yekdilliklə verilmiş qərarı əsasında mümkündür", - deyə bildirib.

O qeyd edib ki, bu baş vermədiyi təqdirdə ABŞ-ın "Türkiyəni proqramdan çıxartdım" açıqlamasının heç bir hüquqi əsası yoxdur.

Nazir: "Təyyarələrlə bağlı hüquqlarımızın tapdanmaması və problemin müttəfiqlik ruhuna zidd olmayan həlli yolunu tapmaq məqsədilə ABŞ-la F-35-lərlə əlaqədar dialoq prosesi başlayacaq", – deyib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

Teqlər:
"F-35" qırıcı təyyarəsi, Türkiyə, ABŞ

Əsas mövzular