15:06 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
12

"Fəqət biz nə qədər yaxşı niyyətlə yaxınlaşsaq, yunan qonşularımız hadisələri gərginləşdirir, təhdid və təhrikedici bəyanatlar verirlər".

BAKI, 5 may — Sputnik. Kipr Türkiyənin milli mübarizəsidir, Adada iki dövlətli bir quruluşun olması artıq qaçılmaz şərtdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

"Biz dialoq istəyirik, siyasi həll yolları tapmaq istəyirik. Fəqət biz nə qədər yaxşı niyyətlə yaxınlaşsaq, yunan qonşularımız hadisələri gərginləşdirir, təhdid və təhrikedici bəyanatlar verirlər. Bu hərəkətləri ilə heç bir nəticə əldə edə bilməyəcəklərini başa düşməyəcək qədər də səhv edirlər. Türkiyəyə qarşı təhdidlə heç bir şey əldə etməyəcəklərini anlamalarını gözləyirik. İnanırıq ki, Egey dənizi, Aralıq dənizi və Kipr məsələsində tutduğumuz mövqe ilə siyasi həll yollarını açacağıq", - deyə Akar qeyd edib.

Müdafiə naziri qeyd edib ki, Türkiyənin kiminsə torpağında, suyunda, haqq və hüququnda gözü yoxdur: "Hər kəsin bir haqqımızı belə tapdalatmayacağımızı da bilmələrini istəyirik. Bizim dialoqlarla bu problemləri həll edək deməyimiz hər hansı bir şəkildə zəiflik olaraq dəyərləndirilməməlidir. Bu, bir zəiflik deyil. İki qonşu arasında dost şəkildə yaşamanın yollarını danışırıq".

Teqlər:
Hulusi Akar, Yunanıstan, Kipr, Türkiyə

Əsas mövzular