04:44 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (700)
14

"Hədəfimiz həmin tarixə kimi həddi-buluğa çatmış vətəndaşların 70 faizinin heç olmasa bir doza peyvənd olunması və 160 milyonun tamamilə vaksinasiyaya cəlb edilməsidir".

BAKI, 5 may — Sputnik. Peyvənd olunmaq, yoxsa olunmamaq – bu artıq ölüm-dirim məsələsidir – ABŞ Prezidenti Co Bayden belə hesab edir.

Həmvətənlərini vaksinasiyadan yayınmamağa çağıran Bayden pandemiya ilə mübarizədə yeni hədəfləri açıqlayıb. Bu barədə "Euronews" məlumat yayıb.

"Düz iki aydan sonra bütün ölkədə 4 iyul Müstəqillik Günü qeyd olunacaq. Hədəfimiz – həmin tarixə kimi həddi-buluğa çatmış amerikalıların 70 faizinin heç olmasa bir doza peyvənd olunması və 160 milyonun tamamilə vaksinasiyaya cəlb edilməsidir. Başqa sözlə, qarşıdakı 60 gün ərzində 100 milyon peyvənd tətbiq olunmalıdır", – deyə prezident bildirib.

Qeyd edək ki, indiyə kimi ABŞ-da əhalinin 56%-i koronavirusa qarşı peyvənd preparatının birinci dozasını vurdurub, 105 milyon amerikalı isə tam şəkildə vaksinasiya olunub.

Rəsmi məlumata görə, pandemiyanın başlanğıcından bu günə kimi ABŞ-da 577 min insan ölüb. İndiyə kimi ölkədə bu virusa yoluxanların sayı isə 32 milyon nəfərdir.

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (700)

Əsas mövzular