06:37 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
63 0 0

İmran Xan müsəlmanların peyğəmbər Həzrət Məhəmmədə və Qurani-Kərimə dərin sevgisini və hörmətini beynəlxalq ictimaiyyətə başa salmaq üçün İslam Əməkdaşlıq Təşkilatına birlikdə çalışmağı təklif edib.

 

BAKI, 4 may — Sputnik. İslam ölkələri Qərb dövlətlərini peyğəmbərimiz Həzrət Məhəmmədə qarşı təhqiramiz xarakterli ifadələrin dünyadakı 1,5 milyard müsəlmana necə ağır təsir göstərdiyinə və bunun ifadə azadlığına heç bir dəxli olmadığına inandırmaqda uğur qazana bilmir. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirləri ilə görüşən bu ölkənin Baş naziri İmran Xan bildirib.

Harada bir terror hadisəsi baş versə, Qərbin bunu bütün İslam dünyasının ayağına yazmasına da toxunan Baş nazirin sözlərinə görə, fərdi hərəkətlər bütün müsəlmanların hərəkəti kimi qələmə verilməməlidir. "İslamı terrorla əlaqələndirmək ədalətsizlikdir", – deyə Xan vurğulayıb.

O, qurumu İslamın radikalizm və terrorla əlaqələndirilməsi, eləcə də islamofobiyaya qarşı mübarizə aparmağa çağırıb.

Baş nazir, həmçinin müsəlmanların peyğəmbər Həzrət Məhəmmədə və Quranı-Kərimə dərin sevgisini və hörmətini beynəlxalq ictimaiyyətə başa salmaq üçün İslam Əməkdaşlıq Təşkilatına birlikdə çalışmağı təklif edib.

Teqlər:
İmran Xan, Pakistan, dünya, islam

Əsas mövzular