Mərhum kraliçanın alt paltarı hərraca çıxarılacaq

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidHərrac,arxiv şəkli
Hərrac,arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
"Maraqlıdan qeyri-adiyə" adlı hərrac cümə axşamı, mayın 6-da keçiriləcək. Kraliçanın pantalonunun qiyməti 5-7 min funt-sterlinq arasında dəyişir.

BAKI, 4 may — Sputnik. Britaniyanın raritet, təsviri incəsənət və qeyri-təbii tarix muzeyi koronavirus pandemiyası ucbatından bir sıra maraqlı eksponatları hərraca çıxarmaq qərarına gəlib. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hərraca çıxarılan əşyalar arasında ölmüş dodo quşunun sümüyü, "kərgədan kəlləsi" və mərhum kraliça Viktoriyanın pantalonu da var.

Muzeyin banisi və kolleksiyaçı Viktor Vind bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər fonunda muzeyin bağlanması ilə əlaqədar olaraq, muzeyi maliyyə cəhətdən dəstəkləmək üçün ümumilikdə 442 eksponatı satışa çıxarmağa məcbur olub.

Belə ki, ötən il ziyarətçilərin olmaması ucbatından muzey maliyyə problemləri ilə üzləşib.

"Bu ürəkağrıdıcı haldır. Mən heç vaxt bu qədər əzəmətli cəh-cəlalı satmaq barədə düşünməzdim, lakin muzeyin yaşaması üçün başqa yolumuz yoxdur", — deyə Vind şikayətlənib.

Kolleksiyaçı muzey eksponatlarını erkən yaşlarından toplamağa başlayıb. Muzey sahibi bildirib ki, Britaniya kraliçasının alt paltarı və dodo quşunun sümüyü ilə vidalaşmaq onun üçün daha da ağrılıdır. Belə ki, həmin sümük parçası bəşəriyyətin təbiətə necə ziyan vura biləcəyinin bariz təcəssümüdür.

Qeyd edək ki, "Maraqlıdan qeyri-adiyə" adlı hərrac cümə axşamı, mayın 6-da keçiriləcək. Kraliçanın pantalonunun qiyməti 5-7 min funt-sterlinq arasında dəyişir.

Bir qədər əvvəl Kembric hersoq-xatunu Ketrin və onun həyat yoldaşı şahzadə Uilyamın avtomobilinin 2021-ci ilin may ayında hərraca çıxarılacağı barədə xəbərlər yayılıb. Söhbət cütlüyə 2013-cü ildə verilmiş tünd-göy rəngli Range Rover Vogue SE SUV "basar-keçər" avtomobilindən gedir. Qeyd olunur ki, səkkiz il ərzində avtomobil cəmi 38,4 min mil (61 min kilometr) yol qət edib. Mütəxəssislər avtomobilə 30 min funt-sterlinq qiymət qoyublar.

Xəbər lenti
0