Tarkandan Yıldız Tilbenin "challange"inə gözlənilməz reaksiya - VİDEO

© AFP 2023 / ANP / ED OUDENAARDENТаркан, фото из архива
Таркан, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Qeyd edək ki, "Twitter" izləyiciləri Tarkanın bu addımını qınayıblar. "Tarkan, bu qədər kobud olma. Nə olardı sən də ona bir mahnı oxusan" kimi şərhlər yazıblar.

BAKI, 4 may — Sputnik. Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe sosial mediada yeni bir "challange"-ə imza atıb. Belə ki, dünyanın tanınmış ifaçılarından olan Tarkanın "Kış güneşi" mahnısını oxuyan musiqiçi "Twitter" hesabından etdiyi paylaşımı ilə həmkarına səslənib.

"Tarkan, topu sənə atdım, sən də kimə istəyirsən at. Bir də Orxan Gəncəbayın mahnısını ifa etmək istərdim, amma deyəsən bir top haqqım var", - deyə o bildirib. Tarkanın cavabı isə hamı üçün gözlənilməz olub.

"Yıldızım, sən mənim üçün dəyərlisən, səni çox sevirəm və sözünü yerə salmaq istəməzdim. Amma bu "challange"-in hansı məqsədə xidmət edəcəyini yaxşı başa düşmədim və nə yalan deyim, doğrusu bunun bir hissəsi olmaq istəmirəm. Bu səbəbdən, sən ən yaxşısı, topu məndən al, bir başqasına at", - deyib.

Qeyd edək ki, "Twitter" izləyiciləri Tarkanın bu addımını qınayıblar. "Tarkan, bu qədər kobud olma. Nə olardı sən də ona bir mahnı oxusan" kimi şərhlər yazıblar.

Xəbər lenti
0