Hulusi Akar qondarma soyqırımla bağlı: Hadisələri təhrif edirlər

© Turkish Defense Ministry via AP, PoolМинистр национальной обороны Турции Хулуси Акар, фото из архива
Министр национальной обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Abunə olmaq
Amerikalılar, ingilislər 1914-1915-ci illərdə və 1920-ci ildə hazırladıqları hesabatlarda bildirirlər ki, "türklər və ermənilər 500 ildir bərabər yaşayırlar, əgər biz qarışmasaq, bu düzəni pozmasaq 500 il daha bərabər yaşayarlar".

BAKI, 3 may — Sputnik. "Ermənilərə qarşı soyqırımı qətiyyən olmayıb. Bu, tarixdə açıq və aydın şəkildə yazılıb. Siyasətçilər tarixçi ola bilməz. Tarixi məlumatlar, sənədlər, şahidlərin ifadəsi, açıq və aydın şəkildə göstərir ki, 1915-ci ildə belə bir şey olmayıb".

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

"Amerikalıların verdiyi bu açıqlama öz tarixlərini, razılaşmalarını, sözləşmələrini, imzalarını inkarı anlamına gəlir. Amerikalıların NARA adlı məşhur milli arxivləri var və orada məsələ ilə bağlı xeyli sayda hesabat var. Amerikalılar, ingilislər 1914-1915-ci illərdə və 1920-ci ildə hazırladıqları hesabatlarda çox açıq və aydın şəkildə bildirirlər ki, "türklər və ermənilər 500 ildir bərabər yaşayırlar, əgər biz qarışmasaq, bu düzəni pozmasaq 500 il daha bərabər yaşayarlar". Hesabat açıqdır. Hadisələri təhrif edəcəklərini düşünənlər yanılırlar. Bunu etmək ancaq nadanlıq və cəhalətdir", - deyə Akar qeyd edib.

Xəbər lenti
0