20:56 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
DÜNYA
Qısa URL
65

Bir müddət öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb. İran Prezidenti səs yazının sızmasına kömək edənlərə qarşı tədbir görəcəyinə söz vermişdi.

BAKI, 1 may — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəsinin xarici siyasəti ilə bağlı mətbuata sızan səs yazısından sonra yazının arxivləndiyi İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hüsaməddin Aşna istefa verib.

Sputnik Azərbaycan "Ahaber"ə istinadla xəbər verir ki, iddiaya görə, istefa verməsini İran Prezidenti Həsən Ruhani ondan istəyib. Hüsaməddin Aşna İran Prezidentinin müşaviridir və onun apardığı siyasətdə təsirli bir şəxsdir.

Özünü və hökumətini Cavad Zərifin açıqlamalarından kənarda saxlamağa çalışan İran Prezidenti səs yazısının sızmasına kömək edənlərə qarşı tədbir görəcəyinə söz verib.

İstefadan sonra Strateji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsi hökumət sözçüsü Əli Rabeyiyə həvalə edilib. Səs yazının sızdırılmasında Hüsaməddin Aşnadan şübhələnirlər.

Qeyd edək ki, bir müddət öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb. Səs yazısında Zərifin SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymani haqqında söylədiyi sərt ifadələr yer alıb. Zərif, həmçinin Rusiyanın nüvə razılaşmasının uğur qazanmasına hər cür maneə yaratdığını deyib. O, İranın Qərblə münasibətlərinin yaxşılaşmasının Moskvanın marağında olmadığını bildirib.

İran XİN sözçüsü Zərifin sözlərinin təhrif olunduğunu və səslərin redaktə olunaraq efirə verildiyini açıqlayıb.

Teqlər:
istefa, səs yazısı, Cavad Zərif, İran

Əsas mövzular