Sirli xəstəlik yenidən ortaya çxıb – gizli silahı kim istifadə edir

© Sputnik / Murad OrujovГовсанский олимпийский спортивный комплекс, переоборудованный в клинику модульного типа
Говсанский олимпийский спортивный комплекс, переоборудованный в клинику модульного типа - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
Gizli xəstəlik kimi dəyərləndirilən və səbəbləri müəyyən edilməyən xəstəlik ortaya çıxdığı şəhərin adı ilə “Havana sindromu” adlandırılıb.

BAKI, 1 may — Sputnik. İlk olaraq Kubada fəaliyyət göstərmiş ABŞ və Kanadadan olan diplomatlarda rast gəlinən “Havana sindromu” adlı sirli xəstəlik ABŞ-da qeydə alınmış 3 yeni halla yenidən gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, xəstəliyə ilk dəfə 2016-2017-ci illərdə Kubada işləyən Kanada və ABŞ  diplomatlarında və onların ailələrində rast gəlinib. Kubada fəaliyyət göstərən diplomatik heyət və onların ailələri baş gicəllənməsi, müvazinət və eşitmə qabiliyyətini itirmə, idrak bulanıqlılığı kimi simptomlarının olduğunu bildiriblər. Həmin şəxslər qəfildən ətrafdakıların eşitmədiyi səsləri eşitdiklərini, ardınca isə təzyiq və titrəmə hiss etdiklərini bildiriblər. Gizli xəstəlik kimi dəyərləndirilən və səbəbləri müəyyən edilməyən xəstəlik ortaya çıxdığı şəhərin adı ilə “Havana sindromu” adlandırılıb.

Türkiyəli müğənni Hadisə - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Bir çox dünya ulduzlarının tutulduğu xəstəlik Hadisəni də yaxaladı

Qeyd edək ki, ABŞ-ın eks-prezidenti Donald Trampın hakimiyyəti dövründə baş vermiş bu hadisələr səbəbindən ABŞ hökuməti Kubanı sonik hücumlarda ittiham etmiş, ancaq Kuba hökuməti bu iddiaları qətiyyətlə rədd etmişdi. ABŞ bu hadisələr səbəbindən 2017-ci ildə Kubada işləyən ikinci dərəcəli diplomatik heyətin böyük bir qismini geri çağırmışdı.

ABŞ Elmlər Akademiyası tərəfindən 2019-cu ilin dekabrında yayılan məlumatda bildirilib ki, sözügedən xəstəliyə mikrodalğa radiasiyasının səbəb olduğu ehtimal edilsə də, hələlik konkret bir nəticə ortaya qoymaq mümkün deyil. Məlumatda o da bildirib ki, radiodalğa enerjisi olaraq da bilinən mikrodalğa radiasiyası 50 il əvvəl SSRİ tərəfindən ABŞ-a qarşı silah kimi istifadə edilib. Məsələ ilə bağlı danışan və adının bilinməsini istəməyən səlahiyyətli şəxs bu xəstəliyin arxasında Çin və Rusiyanın dayanmasından şübhələndiklərini bildirib.

Xəbər lenti
0