21:58 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (700)
24

Qaydalara riayət etməyən və immunitet kartı olmayan insanları ictimai məkanlara buraxan biznes strukturları üçün ağır cərimələr qüvvədədir.

BAKI, 1 may — Sputnik. Macarıstan COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən bəzi qadağaları yumşaldıb. Sputnik Azərbaycan xəbər verir ki, ölkədə sürətlə aparılan vaksinasiya prosesi və hökumətin verdiyi immunitet kartları yenidən açılmalara gedilməsinə səbəb olub.

Hökumət tərəfindən verilən bu kartlarla insanlar restoran, hotel, kinoteatr, idman zalları, kitabxana və digər infrastrukturlardan istifadə etmək imkanı əldə etmiş olurlar. Artıq ölkədə biznes strukturlarının fəaliyyəti axşam saat 11-ə qədər uzadılıb.

Macarıstan baş naziri Viktor Orban deyib ki, bu zamana qədər qapanmalarla biz özümüzü müdafiə edirdik: “Bunun nəticəsində virusun sürətlə yayılmasının qarşısını ala bildik. Ancaq indi biz hücum edirik. Vaksin gülləkeçirməz geyimdir və virus ondan yan keçir”.

Qeyd edək ki, immunitet kartları vaksinasiya olunmuş insanlara verilir. İnsanlar ictimai məkanlara daxil olmaq istəyərkən bu kartları təqdim etməlidirlər. Qaydalara riayət etməyən və immunitet kartı olmayan insanları ictimai məkanlara buraxan biznes strukturları üçün ağır cərimələr qüvvədədir. Macarıstana birinci mərhələdə 4 milyon vaksin verilib və ölkə əhalisinin 40 faizi vaksinasiya olunub. Macarıstan Avropa Birliyinin yeganə ölkəsidir ki, qərb vaksinlərindən əlavə, Çin və Rusiya vaksinlərini də istifadə edir.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (700)
Teqlər:
karantin, Macarıstan, pasport, vaksin, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular