Koçaryan seçkidə küçə mübarizəsinin qaçılmaz olduğunu bəyan etdi

© SputnikРоберт Кочарян
Роберт Кочарян - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
"Seçki asan keçməyəcək. Başa düşürəm ki, biz küçə mübarizəsi üzrə ixtisaslaşmışıq. Çox güman ki, elə bu cür mübarizəyə də ehtiyac olacaq".

BAKI, 30 aprel — Sputnik. Ermənistanda növbədənkənar parlament seçkiləri asan keçməyəcək, qarşıda böyük bir təşviqat işi var, komissiyaları formalaşdırmaq lazımdır. Sputnik Armenia xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşdə bildirib.

Onun sözlərinə görə, seçki günü məntəqələrdə səsləri qətiyyətlə müdafiə etmək üçün bütöv bir vəkil ordusuna ehtiyac olacaq.

"Seçki asan keçməyəcək. Başa düşürəm ki, biz küçə mübarizəsi üzrə ixtisaslaşmışıq. Çox güman ki, elə bu cür mübarizəyə də ehtiyac olacaq", – deyə Koçaryan vurğulayıb.

O, həmçinin hüquq-mühafizə sisteminin təmkinli davranacağına ümid etdiyini də bildirib.

"Hakimiyyət bilməlidir ki, seçkini saxtalaşdırmaq yönündə atılan istənilən addım böyük rezonans doğuracaq və nəticəsi onun özü üçün çox fəlakətli olacaq. Saxtalaşdırma cəhdinə reaksiya aqressiv və qətiyyətli olmalıdır", – deyə o əlavə edib.

Qeyd edək ki, martın 18-də Nikol Paşinyan Ermənistanda iyunun 20-də erkən parlament seçkilərinin keçiriləcəyini elan edib. Milli Məclis artıq Seçki Məcəlləsinə edilən düzəlişləri təsdiqləyib. Həmin düzəlişlərə əsasən, parlament seçkisi yalnız proporsional sistem üzrə keçiriləcək.

Bundan başqa, baş nazir aprelin 25-də vəzifəsindən istefa verdiyini və Ermənistan prezidentinin onun istefasını qəbul etdiyini də açıqlayıb.

 

Xəbər lenti
0