06:28 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
7 0 0

Rot 2005-ci ildə atasının çəkdiyi foto ilə məşhurlaşmışdı. Şəkildə arxa fonda ev yanır, ön plandakı qızcığaz isə gülümsünür.

BAKI, 30 aprel - Sputnik. "Fəlakət qız" meminin qəhrəmanı Zoi Rot həmin memi hərracda dəyişilməyən token (NFT) formatında satıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə  The New York Times yazır.

Bildirilir ki, iştirakçılardan biri memi kriptovalyuta ilə alıb, onun qiyməti isə 180 efirium (təxminən 500 min dollar) olub.

​Nəşr qeyd edir ki, NFT hazırlanarkən Zoi və atası Deyv tokeni sonrakı gəlirin əldə edilməsi üçün şifrələyiblər, ona görə də bundan sonrakı hər satışdan 10% gəlir əldə edəcəklər. Rot deyib ki, tokenə görə aldığı pulu tələbə ssudasını ödəməyə və xeyriyə işlərinə xərcləyəcək. 

"Mem qəhrəmanı olan insanların əslində başqa seçimləri yox idi. İnternet nəhəngdir. Həmin situasiyada müsbət və ya mənfi təcrübə almağınızdan asılı olmayaraq ondan maksimum fayda götürmək lazımdır", - Zoi deyib. 

Dəyişdirilə bilməyən token - rəqəmsal aktivlərin yeni tipidir, o əşyanın həqiqiliyinə (orijinallığına) və sahibinin müəlliflik hüququna zəmanət verir.

Rot 2005-ci ildə atasının çəkdiyi foto ilə məşhurlaşmışdı. Şəkildə arxa fonda ev yanır, ön plandakı qızcığaz isə gülümsünür. Bu səbəbdən onu "fəlakət qız" adlandırdılar və şəkil sosial şəbəkələrdə memə döndü.

Teqlər:
NFT, token, mem, qəhrəman, sosial şəbəkə, hərrac

Əsas mövzular