Müşahidə kameraları qırğına səbəb oldu: onlarla yaralı var, bir neçə nəfər həlak olub

© AFP 2023 / VIKTOR DRACHEVQırğızıstan və Tacikistan sərhədi, arxiv şəkli
Qırğızıstan və Tacikistan sərhədi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.04.2021
Abunə olmaq
Qırğızıstanla Tacikistan arasındakı dövlət sərhədində müntəzəmn olaraq yerli saklinlər və iki ölkə sərhədçiləri arasında gərginlik qeydə alınır. Buna səbəb isə limitasiyanın aparılmadığı sahələrin olmasıdır.

BAKI, 29 aprel - Sputnik. Tacikistan və Qırğızıstan sərhədçiləri arasında ataşıma daha bir ərazidə - Qırğızıstanın Leylək rayonunda qeydə alınıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə 24.kg agentliyi hökumətin Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Omurbek Suvanaliyevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, atışma təxminən yerli vaxtla 19:00-da Kulundu və Maksat kəndlərində başlasa da indiyədək dayanmayıb. Hətta Kok-Taş və Samarkandek kəndlərində Tacikistan ordusunun helikopterlərini müşahidə ediblər.

Qırğızıstan XİN başçısı Ruslan Kazakbayev tacik həmkarı ilə sərhəddəki vəziyyətlə bağlı danışıqların başladığını bildirib. 

"Hazırda tacik tərəfi ilə danışıqlardayam. Nəticələri XİN açıqlayacaq. Tacikistan səfirliyinə nota hələ ki təqdim etməmişik", - Kazakbayev Vesti.kg agentliyinə deyib. 

Военнослужащий вооруженных сил Кыргизстана, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.04.2021
Qırğızıstan-Tacikistan sərhədində atışma gedir

Nazir tezliklə sərəddəki münaqişənin lokallaşdırılacağına ümid etdiyini söyləyib.

Bu arada Tacikistanın İsfara şəhərinin meriyası məlumat yayıb ki, şəhər meri Qırğızıstanla sərhəddə çiynindən güllə yarası alıb. Meriyanın digər məlumatına görə, insident nəticəsində üç Tacikistan vətəndaşı həlak olub, 31-i isə yaralanıb.

Sərhədin Batken rayonunda gərginlik çərşənbə günü başlayıb. Tacikistan tərəfindən olan nümayəndələr işıq xətlərinin dirəklərinə videomüşahidə kameraları quraşdırmaq istəyiblər. Bu, Qırğızıstan vətəndaşlarının xoşuna gəlməyib və onlar dirəyi mişarlamağa başlayıblar. Bundan sonra tərəflər bir-birinə daş atmağa başlayıblar.

Cümə axşamına keçən gecə vəziyyət pisləşib və atışma başlayıb. Nəticədə Tacikistanın iki vətəndaşı ağır yaralanıb, Qırğızıstan tərəfdən 1 nəfər həlak olub, 16 nəfər yaralanıb. 

Bir qədər sonra Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi sərhəddə iki ölkənin döyüş bölmələrinin atışdığını bildirərək, tacik tərəfini minaatan bölmələri ərazidə yerləşdirməkdə günahlandırıb.

Qırğızıstanla Tacikistan arasındakı dövlət sərhədində müntəzəmn olaraq yerli saklinlər və iki ölkə sərhədçiləri arasında gərginlik qeydə alınır. Buna səbəb isə limitasiyanın aparılmadığı sahələrin olmasıdır.

Xəbər lenti
0