12:26 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
25 0 0

İsrail XİN başçısı öz Twitter hesabında bu gün Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun olduğunu yazıb.

BAKI, 28 aprel - Sputnik. Bu gün Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İsrail Xarici işlər naziri Qabi Aşkenazi öz Twitter hesabında məlumat verib.

"Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum. Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir", - İsrail XİN başçısı yazıb. 

Габи Ашкенази
İsrail Xarici işlər naziri Qabi Aşkenazi Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası zamanı

Aşkenazi bu il İsraildə Azərbaycanın rəsmi Turizm və Ticarət Bürolarının açılışının planlaşdırıldığını da vurğulayaraq bunu alqışladığını deyib. O, həmçinini bildirib ki, "bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır". 

Əsas mövzular