Koçaryan: Sağlam düşüncəsi olan heç kim Ermənistana investisiya yatırmır və yatırmayacaq"

© Sputnik / Mediabanka keçidВторой президент Армении Роберт Кочарян на заседании российско-армянского Лазаревского клуба в Ереване
Второй президент Армении Роберт Кочарян на заседании российско-армянского Лазаревского клуба в Ереване - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Bank sistemini dağıtdılar, biznesmenləri incitməyə və təqib etməyə başladılar. İnvestisiyaların üstündən xətt çəkmək üçün yalnız bir cümlə kifayətdir.

BAKI, 28 aprel — Sputnik. Heç bir investor, heç bir sağlam düşüncəyə malik şəxs Ermənistana investisiya yatırmır və yatırmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan "Aysor" nəşrinə müsahibəsində bildirib.

"Heç bir investor, heç bir sağlam düşüncəyə malik şəxs Ermənistana investisiya yatırmır və yatırmayacaq. Bank sistemini dağıtdılar, biznesmenləri incitməyə və təqib etməyə başladılar. İnvestisiyaların üstündən xətt çəkmək üçün yalnız bir cümlə kifayətdir. Baş nazir deyəndə ki, hər bir biznesmenə bir Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşı təhkim olunacaq, onda bu o anlama gəlir ki, investorun psixologiyasını anlamaq sıfır səviyyədədir. Bu cür axmaqlığı düşünmək belə çətindir", - deyə Koçaryan qeyd edib.

Xəbər lenti
0