Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zelenski Putinlə bu ölkədə təkbətək görüşmək istəyir

© AP Photo / Alastair GrantПрезиденты Украины Владимир Зеленский, фото из архива
Президенты Украины Владимир Зеленский, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
O, görüşün məqsədinin Donbasda atəşkəs və münaqişənin nizamlanması üzrə addımların razılaşdırılmasının müzakirəsidir.

BAKI, 28 aprel — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Vatikanda ikitərəfli görüşmək istəyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Zelenski "La Repubblica" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vatikan dünyada dialoq üçün ideal yerdir. Prezident vurğulayıb ki, Kiyev və Moskva arasında çoxdandır "həqiqi birbaşa söhbət" olmayıb ki, bu da digər formatlarda konstruktiv danışıqlara yardım etmir.

O, görüşün məqsədinin Donbasda atəşkəs və münaqişənin nizamlanması üzrə addımların razılaşdırılmasının müzakirəsi olduğunu deyib.

Xəbər lenti
0