06:24 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
942 0 0

Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, "Sputnik V" peyvəndinin birgə istehsalına başlanmazdan əvvəl hazır vaksin preparatının bir partiyası bu ölkəyə göndəriləcək.

BAKI, 28 aprel — Sputnik. Xəbər verildiyi kimi, Türkiyə ilə Rusiya arasında koronavirusa qarşı peyvənd preparatı olan "Sputnik V"-nin birgə istehsalına dair müqavilə imzalanıb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, istehsal prosesi başlamazdan əvvəl hazır peyvəndin bir partiyası bu ölkəyə göndəriləcək. Vaksin preparatının həcmi Türkiyə və Rusiyanın səlahiyyətli şəxslərinin danışıqları çərçivəsində müəyyən olunacaq.

Fahrettin Koca, həmçinin ölkədə aparılan vaksinasiya prosesi barədə də məlumat verib. Onun sözlərinə görə, peyvənd olunanların sayı tədricən artır və buna paralel olaraq vaksinlərin şaxələndirilməsi işi də aparılır.

"Vaksinasiya prosesinin miqyası artır. 65 yaşdan yuxarı risk qrupunda olan insanların 83-84 faizi artıq vaksinasiya olunub. Biz bu göstəricini 90 faizə çatdırmaq niyyətindəyik. İndiyə kimi 21 milyon 500 min dozaya qədər peyvənd tətbiq olunub. Hazırda ən çox yoluxma halı 40-65 yaşlı insanlar arasında müşahidə olunur. Xəstəxanalarda müalicə alan xəstələrin orta yaş həddi də aşağı düşüb. Hazırkı dövrdə biz məhdudlaşdırıcı tədbirlərə əməl etməklə yanaşı, vaksinasiya prosesini də aktiv şəkildə davam etdirməliyik", - deyə nazir vurğulayıb.

"Sputnik V" peyvəndinin birgə istehsalı üzrə müqavilə imzalanıb. Biz, həmçinin Rusiya peyvəndinin Türkiyədə istehsalından əvvəl istifadəsinə dair saziş də hazırlayırıq. Yaxın bir neçə gün ərzində Rusiya peyvəndinin istehsalına başlamazdan əvvəl Türkiyəyə neçə doza vaksin preparatının daxil olacağı müəyyənləşdiriləcək. İctimaiyyəti bu barədə məlumatlandıracağıq", - deyə Fahrettin Koca əlavə edib.

Onun sözlərinə görə, hazırda hökumətin qarşısında duran əsas vəzifə Ramazan ayının sonuna kimi gündəlik yoluxma hallarını 10 mindən aşağı salmaqdır.

"Bu tapşırığın öhdəsindən gəlmək özümüzdən asılıdır. 84 milyonluq əhalisi olan ölkədə yalnız məhdudlaşdırma tədbirlərinə əməl etməklə buna nail olmaq mümkündür. Biz, həmçinin vaksinasiya prosesini maksimal şəkildə sürətləndirmək niyyətindəyik", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, əhalidə peyvəndə inam artdıqca vaksinasiya prosesi də sürətlənir.

"Bir qrup insanlar var ki, koronavirusun nə qədər təhlükəli olduğunu yaddan çıxararaq peyvəndin yan təsirini şişirdirlər. Bununla belə, peyvəndin təsirinin və qoruyucu xüsusiyyətlərinin dərk olunması ilə vaksinasiya olunanların sayında da artım tendensiyası müşahidə olunur" , - deyə Koca fikrini yekunlaşdırıb.

Teqlər:
Rusiya, Türkiyə, Sputnik-V peyvəndi

Əsas mövzular