"Time" dünyanın ən nüfuzlu 100 şirkətinin adını açıqlayıb

© AP Photo / Vincent YuЖурнал Time, фото из архива
Журнал Time, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
"Dağıdıcılar" adlı kateqoriyasında isə ekspertlər ilk yeri "İllumina" şirkətinə veriblər. Bura həmçinin "Tesla" avtomobil istehsalçısı, qısamüddətli yaşayış yeri kirayəsi servisi "Airbnb", "Clubhouse" sosial şəbəkəsi və "OnlyFans" servisi də daxildir.

BAKI, 28 aprel — Sputnik. "Time" məcmuəsi dünyanın ən nüfuzlu şirkətlərinin siyahısını açıqlayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, redaksiya işçilərinin və ekspertlərin tərtib etdiyi siyahıya adları daxil edilmiş şirkətlər beş kateqoriyaya bölünüb: "İlkə imza atanlar", "Liderlər", "İnnovatorlar", "Nəhənglər", "Dağıdıcılar".

"İlkə imza atanlar" içərisində birinci yerdə amerikalı aktrisa və prodüser Riz Uizerspunun yaratdığı "Hello Sunshine" şirkəti gəlir. Daha sonra bu kateqoriyaya müğənni Rihannanın "Savage X Fenty" alt paltarı şirkəti və Kanadanın kannabis üzərində ixtisaslaşan "Tilray" əczaçılıq şirkəti də daxil edilib.

"Liderlər" kateqoriyasına Milli Basketbol Assosiasiyası başçılıq edir. Bura həmçinin elektronika istehsalçıları olan "Apple" və "Sony", habelə idman paltarları istehsalçısı "Nike", "Twitter" sosial şəbəkəsi və "Mastercard" transmilli maliyyə korporasiyası da daxil edilib.

"İnnovatorlar" bölməsində birinci yeri ekspertlər "Gro Intelligence" analitik şirkətinə veriblər. Bundan əlavə, bu kateqoriyada "Moderna" biotexnoloji şirkəti, "Netflix" onlayn strimminq servisi, videokonfransların təşkili üçün "Zoom" proqramı, həmçinin "Spotify" musiqi servisi də yer alıb.

"Nəhənglər" kateqoriyasına isə avtomobil istehsalçısı "General Motors" başçılıq edir. Bu kateqoriyaya mütəxəssislər həmçinin "Facebook" sosial şəbəkəsini, "Disney" media konqlomeratını, "Google" transmilli korporasiyasını, "Microsoft" proqram təminatı istehsalçısını və "Amazon" qlobal onlayn ticarət meydançasını da daxil ediblər.

"Dağıdıcılar" adlı kateqoriyasında isə ekspertlər ilk yeri "İllumina" şirkətinə veriblər. Bura həmçinin "Tesla" avtomobil istehsalçısı, qısamüddətli yaşayış yeri kirayəsi servisi "Airbnb", "Clubhouse" sosial şəbəkəsi və "OnlyFans" servisi də daxildir.

Xatırladaq ki, "Forbes" jurnalının fevral ayında açıqlanmış reytinqində "Runet"in ən bahalı internet-şirkəti adına 22,98 milyard dollarla "Yandex" layiq görülüb. Qeyd edək ki, son bir il ərzində şirkətin dəyəri 57% artıb. Həmin kateqoriyada ikinci yeri 14,52 milyard dollarla "Wildberries", üçüncü yeri isə qiyməti 10,58 milyard dollar həcmində qiymətləndirilən "Ozon" tutur. İlk otuz şirkət arasında 1C, "Tenzor", "SKB Kontur" proqram təminatlarının mühəndisləri, həmçinin "Sitimobil" taksi aqreqatoru, "Aviasales" təyyarə bileti satışı servisi, habelə "Ivi", "Okko", "Megogo" onlayn kinoteatrları da var.

 

Xəbər lenti
0