Bloomberg Türkiyənin ABŞ-la bağlı planından yazdı

© ©U.S. Army/Staff Sgt. Andrew Goedl/Handout via REUTERSABŞ və Türkiyə hərbçiləri, arxiv şəkli
ABŞ və Türkiyə hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
Dondurulacağı gözlənilən sənəddə türklərə maliyyə və iqtisadi yardımların göstərilməsi, eləcə də hərbi sənayenin müasirləşdirilməsi bəndləri də var.

BAKI, 26 aprel - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la müdafiə və iqtisadiyyat sahəsindəki razılaşmanı dayandırmaq niyyətindədir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən yazıb.

Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.04.2021
SİYASƏT
"Heç bir yerdə ermənilərə məxsus kütləvi məzarlara rast gələ bilməzsiniz" - Ərdoğan

Nəşr bildirir ki, bu addıma səbəb ABŞ prezidenti Co Baydenin aprelin 24-dəki məlum çıxışıdır. Agentlik yazır ki, Ərdoğanın atacağı addımlar sırasında müdafiə və iqtisadi əməkdaşlıq haqda ikitərəfli müqavilənin dondurulması da yer alır. Bu müqavilə vaxtilə Ankaraya Suriya və İraqdakı münaqişələr zamanı Vaşinqtonla birgə iş aparmağa yardım etmişdi. 

Müdafiə paktı iki ölkə arasında hərbi qarşılıqlı əlaqələr sahəsində vacib sənədlərdən biridir. Müqaviləyə görə, Ankara və Vaşinqton kəşfiyyat məlumatları ilə mübadilə edir, birgə təlimlər keçirirlər, eləcə də amerikalıların Türkiyə aviabazalarına çıxışı var. Sənəddə türklərə maliyyə və iqtisadi yardımların göstərilməsi, eləcə də hərbi sənayenin müasirləşdirilməsi bəndləri də var.

Xəbər lenti
0