14:21 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
58 0 0

Uşaq bağçaları, ibtidai siniflər, 8 və 12-ci siniflər daxil olmaqla bütün qurumlarda üz-üzə təhsil dayandırılacaq, imtahanlar təxirə salınacaq.

BAKI, 26 aprel - Sputnik. Türkiyə koronavirusla mübarizə tədbirləri çərçivəsində tam qapanmaya hazırlaşır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bugünkü iclasında deyib.

"29 aprel saat 19:00-dan başlayaraq 17 may saat 05:00-a qədər tam qapanma olacaq. Daxili İşlər Nazirliyinin fəaliyyətinə icazə verdiyi müəssisələr istisna olmaqla, bütün iş yerləri fəaliyyətlərini dayandıracaq. Bütün şəhərlərarası səyahətlərə icazə veriləcək və şəhərlərarası ictimai nəqliyyat 50 faiz sərnişin tutumu ilə işləyə biləcək. Otellərdə rezervasiya edən şəxslər üçün də qeyd edilən qaydalar keçərlidir. Uşaq bağçaları, ibtidai siniflər, 8 və 12-ci siniflər daxil olmaqla bütün qurumlarda üz-üzə təhsil dayandırılacaq, imtahanlar təxirə salınacaq. Market şəbəkələri bazar günləri bağlanacaq və digər günlərdə göstərilən saatlarda xidmətə davam edəcək. Hədəf aldığımız nəticələri verəcəyik, qaydalar ciddi şəkildə tətbiq ediləcək və tədbirlərdən sui-istifadəyə yol verilməyəcək", - Türkiyə lideri bildirib.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Türkiyə, lokdaun

Əsas mövzular