Avropa İttifaqı "AstraZeneca"ya qarşı prosedura başlayıb

© AFP 2023 / LENNART PREISSВакцина AstraZeneca, фото из архива
Вакцина AstraZeneca, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
Qurumun yayın ortalarına qədər bu ölkələrdəki əhalinin 70%-ə qədərinin peyvəndlənməsi ilə bağlı iddialı planları pozula bilər.

BAKI, 26 aprel — Sputnik. Avropa Komissiyası "AstraZeneca" şirkətinə qarşı Aİ ölkələrinə koronavirus əleyhinə peyvəndlərin çatdırılmasının gecikdirilməsi ilə əlaqədar hüquqi prosedura başlayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, müqavilələrin vaxtında yerinə yetirilməməsi ilə bağlı iş ötən cümə günü başlanıb.

"Müqavilələrin bəzi müddəaları yerinə yetirilməyib, şirkət peyvəndlərin vaxtında çatdırılması ilə bağlı etibarlı strategiya təklif edə bilməyib. Odur ki, Komissiya həm öz adından, həm də quruma üzv olan 27 ölkə adından fəaliyyətə keçib", - deyə qurumun rəsmisi bildirib və onu da əlavə edib ki, "quruma üzv olan bütün dövlətlər bu addımı dəstəkləyiblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Avropa Komissiyası "AstraZenecа" tərəfindən müqavilələrin icrasına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən məhkəməyə müraciətdən istifadə etməkdə israrlı olduğunu bildirib.

Вакцина AstraZeneca, фото из архива  - Sputnik Azərbaycan, 1920, 13.04.2021
"AstraZeneca" peyvəndinin daha bir yan təsiri ortaya çıxdı

Son aylar ərzində Aİ quruma daxil olan ölkələrdə istifadə üçün tövsiyə edilmiş peyvəndlərin vaxtında çatdıırılması ilə, o cümlədən "Pfizer/BioNTech", "Moderna" və "AstraZeneca" şirkətləri ilə bağlı bəzi çətinliklərlə qarşılaşıb. Odur ki qurumun yayın ortalarına qədər bu ölkələrdəki əhalinin 70%-ə qədərinin peyvəndlənməsi ilə bağlı iddialı planları pozula bilər.

Lakin bir müddət sonra "Pfizer/BioNTech" və "Moderna" şirkətləri çətinlikləri aradan qaldıraraq peyvəndləri qrafikə uyğun olaraq çatdıra biliblər, "Pfizer" isə qrafiki qabaqlamağa da nail olub. "AstraZeneca" isə hələ də Avropa İttifaqının peyvəndlə təmin olunmasına dair problemləri aradan qaldıra bilməyib.

Xəbər lenti
0