20:26 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
DÜNYA
Qısa URL
20

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkənin səhiyyə naziri ilə Bağdadın merini işdən çıxararaq onlar haqda araşdırma başladılmasını istəyib.

BAKI, 25 aprel - Sputnik. Bağdad şəhərində koronaviruslu pasiyentlərin müalicə aldığı xəstəxanada baş verən yanğında ölənlərin sayı 90-a yüksəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Al-Arabia telekanalı öz mənbələrinə istinadən xəbər verir.

İraqın Daxili İşlər Nazirliyi bir qədər öncə "Əl-Xətib" xəstəxanasında ölənlərin sayının 82, xəsarət alanların isə 110 nəfər olduğunu açıqlamışdı. KİV-in məlumatına görə, yanğına oksigen balonunun partlaması səbəb olub. Ölümlərin əksəriyyəti isə dəm qazından boğulmadan baş verib.  

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkənin səhiyyə naziri ilə Bağdadın merini işdən çıxararaq onlar haqda araşdırma başladılmasını istəyib. Bağdaddakı xəstəxanda həlak olanların ailələrinin hərəsinə 10 milyon İraq dinarı (təxminən 7 min ABŞ dolları) veriləcək.

Teqlər:
ölü, yanğın, xəstəxana, İraq

Əsas mövzular