11:45 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
24

Washington Post və ABC News-un telefonla ingilis və ispan dillərində apardıqları sorğu aprelin 18-dən 21-dək davam edib.

BAKI, 25 aprel - Sputnik. ABŞ prezidenti Co Baydenin ilk 100 günlük hakimiyyətindən məmnunluq reytinqi 52% təşkil edib. 1945-ci ildən bəri belə aşağı göstərici yalnız Cerald Ford (48%) və Donald Trampda (42%) müşahidə olunub.

Sputnik Azərbaycan bildirir ki, müvafiq birgə sorğunu Washington Post və ABC News keçiriblər.

Sorğunun nəticələrində görə, respondentlərin 52%-i "birmənalı" və ya "müəyyən mənada" Baydenin işini təqdir edir. Bunlarda 90%-i demokrat, 47%-i müstəqil respondent, 13%-i isə respublikaçılardır. 

Rəyi soruşulanların 42 faizi isə Baydenin işindən narazıdır.

Respondentlərin 64%-i koronavirusla mübarizədə Baydenin siyasətini bəyənir. Onun iqtisadi siyasəti isə 52% respondentin ürəyincədir. Meksika ilə sərhəddə miqrasiya böhranı ilə bağlı siyasəti isə cəmi 37% respondent dəstəkləyir.

Bundan başqa, rəyi soruşulanların 60%-i hesab edir ki, prezident konqresdə respublikaçıların dəstəyini almalıdır, 30%-i isə bu fikirdədir ki, Bayden müstəqil olaraq da hərəkət edə bilər. 

İqtisadiyyatın stimullaşdırılması paketini 65% bəyənsə də, 31% əleyhinə çıxıb. İnfrastruktur layihələrinə iki trilyon dollar investisiya edilməsini respondentlərin 52%-i müsbət, 35%-i mənfi qarşılayıb.

Telefonla ingilis və ispan dillərində aparılan sorğu aprelin 18-dən 21-dək davam edib. Orada 1007 həddi-büluğa çatmış şəxs iştirak edib. Statistik yanlışlıq 3.5% təşkil edir.

Teqlər:
Washington Post, reytinq, reyting, Co Bayden

Əsas mövzular