19:04 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
8 0 0

Ukraynalı zabitlərin Türkiyə HDQ-nin ADA sinifli korvetlərində staj keçməsi planı da nəzərdən keçirilir.

BAKI, 25 aprel - Sputnik. Ukraynalı dənizçilər Türkiyə Hərbi Dəniz Qüvvələrinin Doğu Akdeniz təlimlərində iştirak edəcəklər.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyinin Aрмия Inform agentliyi təsdiqləyib.

Ukrayna HDQ Doğu Akdeniz 2021 təlimlərinin planlaşdırılmasının ilkin konfransına qatılacaq. Təlimlər 2021-ci ilin sonunda Aralıq dənizinin qərb hissəsində baş tutacaq.

Ukrayna SQ HDQ özlərinin iştirak formatını hazırlayıb. Təlimlərin çoxmillətli ştabına zabitlərin cəlb olunması planlaşdırılır. Bundan başqa, zabitlərin Türkiyə HDQ-nin ADA sinifli korvetlərində staj keçməsi planı da nəzərdən keçirilir.

Ukrayna aprelin 14-də Krımla yaxınlıqda genişmiqyaslı hərbi təlimlərə başlayıb. Manevrlərə artilleriya və tank rezervləri cəlb olunub.

Bu günlərdə Donbas ətrafında da vəziyyət gərginləşib. Ukrayna Rusiyanı cənub-şərq sərhədlərinə güc toplamaqda ittiham edir.

Teqlər:
Aralıq dənizi, dəniz, hərbi təlimlər, Türkiyə, Ukrayna

Əsas mövzular