07:50 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
12 0 0

TSK İraqın Metina, Zap, Basyan və Qəndil bölgələrinə qırıcı təyyarə və vertolyotlardan hava zərbələri endirib. Xüsusi təyinatlı bölmələr Metina bölgəsində quru əməliyyatlarına başlayıb.

BAKI, 24 aprel - Sputnik. Türk Silahlı Qüvvələrinin xüsusi təyinatlı qəhrəman hərbçiləri Şimali İraqdadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twıtter" səhifəsində paylaşılan məlumatda bildirilir. 

"CNN-Türk" telekanalı Türkiyənin İraqdakı PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatına Ankaradan Türkiyənin müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSK) baş qərargah rəisi Yaşar Gülərin nəzarət etdiyini bildirib. 

TSK İraqın Metina, Zap, Basyan və Qəndil bölgələrinə qırıcı təyyarə və vertolyotlardan hava zərbələri endirib. Xüsusi təyinatlı bölmələr Metina bölgəsində quru əməliyyatlarına başlayıb.

Türkiyə mediası əməliyyatlara 50-yə qədər döyüş təyyarəsinin qatıldığını bildirib. Bundan başqa, pilotsuz uçuş aparatları terrorçuların qaça biləcəyi yolları bombalayır. Terror qruplaşması ağır itkilər verib. Çoxlu sayda qırıcı təyyyarələr və PUA-ların iştirak etdiyi əməliyyatlarda PKK terror qruplaşmasının gizləndiyi sığınacaqları, anbar kimi istifadə etdikləri mağaraları məhv edir.

Fevralın 10-da TSK İraqın Qara bölgəsində "Pəncə-qartal-2" hərəkatı başladaraq 60-a yaxın terrorçunu zərərsizləşdirib, hərəkat zamanı terrorçuların mağarasında girov saxlanılan və qətlə yetirilən 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.

Əsas mövzular