06:55 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
11 0 0

Dalokay Şanlını daşıyan nəqliyyat vasitəsi mülki şəxslərin olduğu ərazidən uzaqlaşdıqdan sonra partladılıb.

BAKI, 24 aprel - Sputnik. Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının qollarından biri olan KCK İdarə Heyətinin üzvü Dalokay Şanlı məhv edilib.

Sputnik Türkiyə xəbər verir ki, Sinan Mirhan kod adlı terrorçu “İnterpol” xətti ilə beynəlxalq axtarışda olub.

Türkiyənin xüsusi xidmət orqanları uzun müddət imiş D.Şanlının Avropadakı fəaliyyətini yaxından izləyirmiş. Kəşfiyyat qurumu onun silahlı əməliyyatları idarə etmək üçün İraqın şimalındakı Gara bölgəsinə gəldiyini müəyyənləşdirib.

Milli İstihbarat Təşkilatı öz məxfi agentləri vasitəsilə D.Şanlının Türkiyənin böyük şəhərlərində kamikadze partlayışları və strateji obyektlərdə sobataj aktları planlaşdırdığına dair məlumat alıb. Bundan sonra onun terror qruplaşmasının əməkdaşları ilə toplantı keçirmək üçün yola çıxdığı müəyyənləşdirilib və terrorçunun məhv edilməsi üçün xüsusi əməliyyat başlayıb.

D.Şanlını daşıyan nəqliyyat vasitəsi mülki şəxslərin olduğu ərazidən uzaqlaşdıqdan sonra partladılıb.

Terror təşkilatına 1999-cu ildə Yunanıstandan qatılan Dalokay Şanlının Türkiyədə təxribat, sui-qəsd, yanğın və digər terror aktları törətmək üçün terrorçuların təlimat aldığı "Apollo Akademiyası"nın rəhbərliyində təmsil olunduğu bildirilir. 

Əsas mövzular