Türkiyə Co Baydenin qondarma "soyqırım"la bağlı ifadələrinə adekvat cavab verəcək

© REUTERS / AZIZ KARIMOVПредседатель Великого национального собрания Турции Мустафа Шентоп
Председатель Великого национального собрания Турции Мустафа Шентоп - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Şəntop: "Erməni tərəfinin tarixi gerçəklərə zidd olaraq qəbul etdiyi və digər ölkələrə də qəbul etdirməyə çalışdığı bu məsələ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması cəhdlərinə kölgə salır". 

BAKI, 24 aprel - Sputnik. Türkiyədəki tarixi mövzular əgər siyasi qərarlarla ortaya qoyularsa, Türkiyənin də Amerika tarixinə dair qanunverici iclası əhatə edəcək qərarlar verməyə vaxtı var.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini səsləndirib-səsləndirməyəcəyi ilə bağlı mövqeyini ifadə edərkən deyib. 

TBMM sədri qeyd edib ki, ABŞ Prezidenti belə bir ifadə işlədərsə, bu, siyasi mövqe kimi qəbul ediləcək və hər hansı hüquqi əsası olmayacaq:

"Türkiyədəki tarixi mövzular əgər siyasi qərarlarla ortaya qoyularsa, Türkiyənin də Amerika tarixinə dair qanunverici iclası əhatə edəcək qərarlar verməyə vaxtı var. Bu baxımdan ən utancverici tarix olan ölkələrdən biri də ABŞ-dır".

M. Şentop onu da qeyd edib ki, erməni tərəfinin tarixi gerçəklərə zidd olaraq qəbul etdiyi və digər ölkələrə də qəbul etdirməyə çalışdığı bu məsələ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması cəhdlərinə kölgə salır. 

Xəbər lenti
0