Baydenlə Ərdoğanın görüşəcəkləri vaxt bəlli oldu

© AP Photo / Andrew HarnikПрезидент США Джо Байден, фото из архива
Президент США Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Söhbət ermənilərin yalançı soyqırım məsələsinin guya Bayden tərəfindən tanınması haqda şayiələrin fonunda baş tutsa da, Ağ Ev liderlərin söhbətində belə bir məsələnin müzakirə olunub-olunmadığı barədə məlumat verməyib.

BAKI, 23 aprel - Sputnik. ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli münasibətləri müzakirə edib və iyunda NATO sammiti çərçivəsində görüşmək barədə razılığa gəlib.

Sputnik Azərbaycan bildirir iki, bu barədə Ağ Ev məlumat yayıb.

"Bayden əməkdaşlıq sahələrinin genişləndirilməsi və fikir ayrılıqlarının effektiv şəkildə aradan qaldırılmasında maraqlı olduğunu bildirib. Liderlər ikitərəfli və regional məsələləri tam spektrdə müzakirə etmək üçün iyunda NATO sammiti çərçivəsində ikitərəfli görüş keçirmək barədə razılığa gəldilər", - məlumatda deyilir.

Xəbər lenti
0