"YouTube": Filmlərə baxışın məhdudlaşdırılması senzura demək deyil

Youtube logo - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
"Zorakılığın əks olunduğu kadrları uşaqlara xəbərdarlıqsız nümayiş etdirmək olmaz. "YouTube" bütün dünyada bu prinsiplər əsasında işləyir".

BAKI, 23 aprel — Sputnik. "YouTube" internet portalının filmlərə baxışların məhdudlaşdırılması üzrə hərəkətləri senzura deyil, videolarda həssas məqamların olması ilə bağlıdır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu portalın Avropa, Yaxın Şərq və Afrika ölkələrində dövlət orqanları ilə iş üzrə direktoru Marko Pançini bildirib.

""YouTube" tərəfindən heç bir şərtlənmiş münasibətdən və ya senzuradan söhbət gedə bilməz. Biz bu məsələlərə ciddi yanaşırıq. Biz mədəni-tarixi məzmuna hörmətlə yanaşır və onu qiymətləndiririk. Əgər videoda belə məzmun varsa, biz onu diqqətə alırıq. Lakin bizim gənc auditoriya qarşısında da məsuliyyətimiz var", - deyə Pançini "Roskomnadzor"un filmlərə qoyulan məhdudiyyətlərlə bağlı etirazlarını şərh edib.

Youtube proqramı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.10.2020
"Youtube" bəzi videoları siləcək

Qeyd edək ki, ötən ilin sentyabr ayında "Roskomnadzor" "YouTube" kanalını idarə edən "Google LLC" rəhbərliyinə Rusiya ərazisində Aleksandr Roqatkinin "Beslan" filminin nümayişinə qadağa qoyulması ilə bağlı müraciət ünvanlayıb. Adı çəkilən idarə bununla "Google" servislərinin Rusiya ərazisində fəaliyyəti zamanı ölkədə senzuranın qadağan olunması ilə bağlı qanunvericiliyə ciddi riayət olunmasını tələb edib.

Pançininin sözlərinə görə, adı çəkilən filmdə bəzi istifadəçi qrupları üçün həssas kadrlar var.

"Biz bu cür videoları diqqətlə öyrənir və videonun əvvəlində bəzi tamaşaçıları şoka sala biləcək kadrların olması barədə xəbərdarlıq yerləşdiririk", - deyə Pançini bildirib.

"Lakin videonun özü açıq olaraq qalır. Böyük yaşlı istifadəçilər linkə basaraq videoya baxa bilərlər. Biz hesab edirik ki, zorakılığın əks olunduğu kadrları uşaqlara xəbərdarlıqsız nümayiş etdirmək olmaz. "YouTube" bütün dünyada bu prinsiplər əsasında işləyir", - deyə şirkət nümayəndəsi bildirib.

Xəbər lenti
0