21:44 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
DÜNYA
Qısa URL
12

Yerli və xarici turistlərə mənzərəni səmadan izləmək üçün şərait yaradılıb. Sübh çağı gerçəkləşdirilən aksiya təxminən bir saat çəkib.

BAKI, 23 aprel — Sputnik. Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. Bu münasibətlə səhər tezdən Kapadokiyada hava şarları ənənəvi olaraq havaya qalxmamışdan əvvəl onların səbətlərinə türk bayraqları və Atatürk posterləri asılıb. Nəticədə şarlar havaya qalxanda maraqlı mənzərə yaranıb. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.

Yerli və xarici turistlərə mənzərəni səmadan izləmək üçün şərait yaradılıb. Hava şarları Görəmə bölgəsinin Qılınclar vadisində bir-birinin ardınca göyə qalxıb. Sübh çağı gerçəkləşdirilən aksiya təxminən bir saat çəkib.

Qeyd edək ki, 23 Aprel Türkiyədə rəsmi dövlət bayramı kimi qeyd olunur. Milli Suverenlik və Uşaq Bayramı 1920-ci ildən etibarən keçirilir. Bu gün Türkiyə respublikasının qurucusu və birinci prezidenti Mustafa Kamal Atatürk tərəfindən təsis olunaraq dünya uşaqlarına ərməğan edilib.

Əsas mövzular