Türkiyədə "Sputnik V" istehsal olunacaq

© AP Photo / Antonio CalanniВакцина Sputnik V, фото из архива
Вакцина Sputnik V, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

BAKI, 23 aprel — Sputnik. Yaxın vaxtlarda Türkiyədə "Sputnik V" peyvəndindən istifadə olunmağa başlayacaq. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

"Peyvənd proqramımız Ramazan ayında planlaşdırıldığı kimi getməkdədir. Ramazan ayının başlaması ilə peyvəndi təxirə salan vətəndaşlarımızın sayı artıb. Lakin iftardan sonra da peyvəndin vurulması imkanının olması vətəndaşlarımızın peyvənd olmalarını təmin etdi. Hazırda iki peyvənd növü aktiv şəkildə istifadə olunmaqdadır və onların sayının artırılması istiqamətində işlər gedir. Çox yaxında "Sputnik V" peyvəndinin də tətbiq olunacağını vurğulamaq istəyirik", - deyə Koca qeyd edib.

Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V"nin yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

Xəbər lenti
0